Mingəçevirdə ağır yol nəqliyat hadisəsi baş verib.Hadisə şəhərin Kamran Hüseynov küçəsində olub.Belə ki, 29 yaşlı Zaur Əkbərov “Mercedes” markalı avtomobillə idarə etməni itirərək yol kənarındakı ağaclara çırpılıb.İlk zərbədən sonra sürəti azalmayan avtomobil təqribən 30 metr sürüşərək daha bir ağaca dəyib.Qəza zamanı avtomobili idarə edən yaralı Zaur Əkbərov hadisə şahidlərinin köməkliyilə avtomobilin içərisindən çıxarılıb. Yaralı Mingəçevir şəhər xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.//anspress