Dəhşətli qəzada ölən Elmirin FOTOSU

Dəhşətli qəzada ölən Elmirin FOTOSU
SOSİAL
10:26 05.08.2026
248
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel” markalı, 01-CO-753 dövlət nömrə nişanlı avtomobil Tural Əkbər oğlu Tağıyevin sürdüyü "Volvo” markalı, 67-CA-837 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində E.Həsənov həlak olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
 
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR