Dəhşətli yol qəzası: 1 nəfər ağır yaralandı

Dəhşətli yol qəzası: 1 nəfər ağır yaralandı
Bütün Xəbərlər
23:26 30.11.2012
1026
Bakıda ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 22.00 radələrində aeroport yolunda, “Buta Palace”ın yaxınlığında qeydə alınıb.“Şaqman” markalı iritonnajlı iki yük maşını idarəetməni itirərək toqquşub. Nəticədə yük maşınlarından birinin sürücüsü ağır yaralanıb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq hadisə yerində olan təcilli tibbi yardım həkimlərinə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR