Dekabrda Yeri ölümcül təhlükə gözləyir

MARAQLI
11:11 09.11.2021
2056
Dekabrda Yer kürəsinə uzunluğu 330 metr olan asteroid yaxınlaşacaq.
 
Bu barədə Amerika kosmik agentliyi (NASA) məlumat yayıb. Bildirilir ki, 4660 Nereus adlandırılmış səma cismi futbol meydançasından 3 dəfəyədək böyükdüe və "potensial təhlükəli asteroid" kimi təsnif olunur.

Qeyd edək ki, asteroid Yerə 11 dekabrda Yerə yaxınlaşacaq və planetdən 3,9 milyon kilometr məsafədən uçacaq. Məlumata görə, o planetimiz üçün təhlükə yaratmır.

Asteroid 1982-ci ildə amerikalı astronom Eleonora Helin tərəfindən kəşf olunub. Səma cismi Yerin traektoriyasıyla kəsişən "Appolon" asteroidlər qrupuna daxildir.
 
///Trend

OXŞAR XƏBƏRLƏR