Süni intellekt işçiləri daha çox işləməyə məcbur edir: gözlənilməz nəticə AŞKARLANDI

Süni intellekt işçiləri daha çox işləməyə məcbur edir: gözlənilməz nəticə AŞKARLANDI
MARAQLI
02:23 12.11.2026
59
İnsanların işini asanlaşdırmaq və vaxta qənaət etmək üçün yaradılan süni intellekt texnologiyaları gözlənilməz nəticəyə səbəb olub. 

Yeni araşdırmalar süni intellektdən fəal istifadə edən əməkdaşların bu texnologiyalardan yararlanmayan həmkarları ilə müqayisədə gündə 1,5 saata qədər daha çox işləyə bildiyi qənaətinə gəliblər.

Süni intellekt istifadəçiləri gündə orta hesabla 8,4-9,1 saat işləyiblər. Süni intellektdən istifadə etməyən əməkdaşlarda isə bu göstərici təxminən 7,6 saat təşkil edib.

Ən böyük fərq süni intellektdən fəal istifadə edənlər arasında qeydə alınıb.

Tədqiqatçılar gün ərzində ən azı beş ayrı seansda ümumilikdə 45 dəqiqədən çox süni intellekt alətləri ilə işləyən əməkdaşları bu kateqoriyaya daxil ediblər.

Məlum olub ki, həmin şəxslər yalnız əsas iş saatlarında deyil, iş vaxtından sonra da daha çox çalışırlar.

Süni intellektdən fəal istifadə edən əməkdaşlar iş saatlarından kənarda peşə vəzifələrinə digər işçilərlə müqayisədə orta hesabla 18 dəqiqə artıq vaxt sərf ediblər.

Araşdırmalar göstərir ki, süni intellekt müəyyən tapşırıqların icrasını sürətləndirsə də, bu, işçilərin mütləq daha az işləyəcəyi anlamına gəlmir.

Əksinə, yeni texnologiyaların yaratdığı imkanlar düzgün idarə olunmadıqda əməkdaşların iş yükü və gündəlik məşğulluğu daha da arta bilər.
 
///lent.az
OXŞAR XƏBƏRLƏR