İki qız tələbəyə 20 bıçaq zərbəsi vurdu - Cinayəti videoya çəkdilər

İki qız tələbəyə 20 bıçaq zərbəsi vurdu - Cinayəti videoya çəkdilər
DÜNYA
02:13 12.11.2026
47
Rusiyanın Omsk vilayətində iki gənc qız qısqanclıq zəminində kollec tələbəsinə bıçaqla hücum edib.

Bu barədə "Baza” Telegram kanalı məlumat yayıb.

Hadisə Bolşereçye qəsəbəsində baş verib. Məlumata görə, iki qız tanışları olan yerli kollec tələbəsinə hücum edərək ona 20-dən çox bıçaq zərbəsi endirib.
 
Zərbələrdən bəziləri zərərçəkmişin boyun və ayaq nahiyəsinə dəyib. Hücum edən qızlar baş verənləri mobil telefonla lentə alıblar.

İlkin ehtimala görə, hadisəyə səbəb hücum edənlərdən birinin sevgilisinə görə qısqanclıq etməsi olub.

Ağır yaralanan tələbə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən hər iki qız polisə aparılıb.
 
///lent.az
OXŞAR XƏBƏRLƏR