Dekabrın ilk günü Bakıda 18 dərəcə isti olacaq

Dekabrın ilk günü Bakıda 18 dərəcə isti olacaq
Bütün Xəbərlər
09:52 01.12.2012
1110
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində duman olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 13-18, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR