Dələduz qadına hökm oxundu

Dələduz qadına hökm oxundu
Bütün Xəbərlər
17:02 08.05.2013
1208

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Nəzakət Məhərrəmovanın məhkəməsi başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dələduzluqda təqsirli bilinən Nəzakət Məhərrəmova 9 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, N.Məhərrəmova özünü vətəndaşlara “Qırmızı Aypara” Cəmiyyətinin vəzifəli şəxsi kimi təqdim edərək, onlara külli miqdarda yardım göstərilməsinə kömək edəcəyi vəd edərək vətəndaşların külli miqdarda pulunu mənimsəyib.Nəzakət Məhərrəmova 10-a yaxın vətəndaşı eyni üsulla aldadıb.

OXŞAR XƏBƏRLƏR