Dəli olmuş erməni əsgəri atasından gizlədilir – ŞOK VİDEO

Dəli olmuş erməni əsgəri atasından gizlədilir – ŞOK VİDEO
Bütün Xəbərlər
13:10 07.09.2011
2319

Birinci Qarabağ müharibəsinin acı nəticələri hələ də cəmiyyətimizi narahat etməkdədir. Torpaqlarının 20 faizi işğal altında olan, 1 milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün həyatını yaşayan bir cəmiyyətin üzvləri kimi hər birimiz partizan olmağa borcluyuq. Partizanlıq təkcə düşmənin arxa cəbhəsinə keçib hərbi əməliyyat aparmaqdan ibarət deyil. O, həm də hər kəsin öz işində vicdanla çalışması, ümumi amala xidmət etməsi deməkdir. Odur ki, biz də qələmimizi silaha çevirərək virtual aləmdə düşmənin arxa cəbhəsinə keçib, ən operativ məlumatları sizlərə çatdırmağa çalışdıq.

Dünən erməni mətbuatının yaydığı məlumatlar növbəti dəfə qonşu ölkənin ictimaiyyətini ayağa qaldırmışdır. Ermənistanın Hetq.am saytıının işıqlandırdığı ilk xəbərdə yazılır: "N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçən əsgər Ağası Abraamyanın ölümü ilə bağlı daha 2 zabit göz altına alınmışdır. Xatırladaq ki, zabitlər Ermənistan Respublikası Cinayət Məcəlləsinin 375-ci maddəsi ilə ittiham olunurlar. İstintaqın prosesi ilə cəmiyyət mütəmadi olaraq məlumatlandırılacaq."

Ermənistan ictimaiyyətinin narahatlığına səbəb olan digər məlumat isə valideynlərindən xəbərsiz psixiatriya xəstəxanasına yerləşdirilən əsgər Ovannes Vardanyanla bağlıdır. Belə ki, Ermənistanın Ararat rayonundan Dağlıq Qarabağın Əsgəran bölgəsinə həqiqi-hərbi xidmətə göndərilən Ovannes 14 ay qulluq etdikdən sonra kəskin şizofreniya diaqnozu ilə dəlixanaya yerləşdirilib. Bu zaman valideynlərinə məlumat verilməyib. Hetq.am saytının məqaləsində bu barədə yazılır:

"DQR-in Əsgəran rayonunda yerləşən N saylı hərbi hissənin 20 yaşlı əsgəri Ovannes Vardanyan hərbi hissədən Yerevanın psixiatriya xəstəxanasına yerləşdirilib. Lakin bu haqda valideynlərinə heç kim heç nə deməyib. Yalnız 9 gündən sonra Ovannesin hərbçi yoldaşlarından biri onun atasına zəng vuraraq, oğlunun kəskin dəlilik diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirib. Hadisə ilə bağlı Hetq.am DQR ordusunun rəyini öyrənməyə çalışıb. Lakin yüksək rütbəli şəxs hadisədən xəbərsiz olduğunu, bu barədə ancaq mətbuatdan məlumat aldığını bildirməklə kifayətlənib və şərh verməkdən imtina edib."

Partizanın hesabatı və ya son söz əvəzi:

Ermənistan ordusunda kriminal vəziyyət hökm sürməkdə davam edir. Bu, özünü əsasən Dağlıq Qarabağ bölgəsində qabarıq şəkildə göstərir. Heç təsadüfi deyil ki, artıq erməni valideynlər övladlarını həqiqi-hərbi xidmətə göndərməkdən açıq-aydın boyun qaçırırlar. Gənclər özləri də orduya getmək istəmirlər. Belə ki, hər gün onlarla hərbçinin müxtəlif şəraitlərdə fiziki təzyiqlərə məruz qaldıqları barədə xəbər daxil olur. Ermənistanın Müdafiə naziri Seyran Ohanyan isə hələ də ordudakı vəziyyətin nəzarət altında olduğunu bildirir.

Son kəşfiyyat məlumatı onu deməyə əsas verir ki, düşmən ordusu 2-ci Qarabağ müharibəsinə hazır deyil.

Azərbaycan Respublikasına xidmət edirəm!

Natiq Qocaman

//oxumeni.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir