"Delikanlı"nın bitmə səbəbi bilindi

"Delikanlı"nın bitmə səbəbi bilindi
MAQAZİN
15:43 16.06.2026
304
Baş rollarında Mert Ramazan Demir, Melis Sezen və Mina Demirtaşın yer aldığı "Delikanlı” serialının final qərarı ilə bağlı müzakirələr yenidən alovlanıb.
 
AZXEBER.COM xəbər verir ki, iddialara görə, tamaşaçıların ən çox tənqid etdiyi məqamlardan biri aktyorlar arasındakı yaş fərqi olub.

Serial yayımlandığı dövrdə baş rol ifaçıları Mert Ramazan Demir, Melis Sezen və Mina Demirtaş arasındakı yaş fərqi sosial şəbəkələrdə geniş müzakirə olunurdu. Bir çox tamaşaçı ekran cütlüklərinin uyğunluğunun gözlənilən effekti yaratmadığını qeyd etmişdi.

Məhz bu səbəbdən serialın final qərarında yaş fərqi və tərəf-müqabili uyğunsuzluğu ilə bağlı tənqidlərin rol oynadığı iddiaları ortaya atılıb.

Aslıhan Karalar açıqlama verərək iddiaları yaş fərqi ilə bağlı müzakirələrə münasibət bildirib.

"Bu, prodüserimizin və ssenaristimizin qərarıdır. Bizim bu mövzuda deyə biləcəyimiz bir şey yoxdur”.

Qeyd edək ki, serialın final səbəbi ilə bağlı rəsmi açıqlamada yaş fərqinin təsiri təsdiqlənməyib. Bununla bağlı səsləndirilən fikirlər mediada yer alan iddialar və tamaşaçı rəyləri əsasında müzakirə olunur.
 
Aysel
OXŞAR XƏBƏRLƏR