“Demək olar ki, Fatimə ilə analarımızı eyni yaşda, eyni xəstəlikdən itirmişik”

“Demək olar ki, Fatimə ilə analarımızı eyni yaşda, eyni xəstəlikdən itirmişik”
MƏDƏNİYYƏT
12:43 04.02.2023
1524

"Tünzalə xanımın ölümünə çox pis oldum. O qədər üzüldüm, ağladım ki. Demək olar ki, övladı Fatimə ilə eyni yaşda, eyni xəstəlikdən analarımızı itirmişik. Allah əzizlərinə, yaxınlarına, ailəsinə səbir versin. Qızı anasız da olsa, xoşbəxt olsun. Tünzalə xanım anamla el şənliklərində bərabər olublar, birgə deyib-gülüblər, münasibətləri yaxşı olub. Allah həm ona, həm də anama rəhmət etsin”.

Bunu Moderator.az-a açıqlamasında mərhum aktrisa, Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər Qafarova deyib.

"Anamla eyni taleyi yaşadılar. Mən də onun qızı ilə eyni taleyi yaşadım. Ailələrimiz də eyni acını çəkir. Hər zaman onun çəkildiyi serialları izləyəndə üzümüzdə təbəssüm yaranır. Çünki o dərindən güldürməyi bacarırdı. Güldürdüyü kimi də bizi bəzən göz yaşlarımıza qərq edirdi. Elə ölümü ilə də belə etdi. Tünzalə xanımı çox sevirdik, işinə də hörmət edirdik. Hələ də onun ölümünə inanmıram. Nə anam, nə də Tünzalə xanım ölməyib. Xalqımızın yaddaşında, qəlbində, ürəyində daim yaşayacaqlar”, - deyə aktrisanın qızı deyib.

Gövhər deyir ki, efirlərdə anasının çəkildiyi filmləri və tamaşaları tez-tez görmək istəyir.

"Dərslərimlə bağlı teatrda tamaşalara gedib baxa bilmirəm. O teatra gedəndə anamın iyini alıram. Öz-özümə fikirləşirəm ki, anam da nə vaxtsa buradan keçib, burada oturub, bu yerdən keçib səhnəyə çıxıb. Anam indiki Akademik Musiqili Teatrda çox obrazlar yaradıb. Sırf onun üçün tamaşalar hazırlanıb. İndi anam yoxdur, yəqin ki, onun rollarını həmkarları ifa edir. Həmin aktrisalara uğurlar arzu edirəm. 9 ilə yaxındır ki, anam dünyasını dəyişib, mənim yanımda deyil. Çox istərdim ki, efirlərdə onun çəkildiyi filmlər və tamaşalar tez-tez göstərilsin. Mən yalnız belə olan halda təsəlli tapa bilərəm”, - deyə aktrisanın qızı bildirib.

Gövhər deyir ki, anasının şəxsi əşyalarının bəzilərini saxlayıb.

"Anamın səhnə geyimləri teatrın geyim sexində qorunub saxlanılır. Ondan mənə yalnız sənəti ilə bağlı kasetləri və qızıl-zinət əşyaları qalıb. Bilirsiniz ki, iş adamlarından biri bizə 2 otaqlı ev hədiyyə edib. Bəzən o evdə yaşayırıq, bəzən isə "Kubinka”da anamın son günlərini keçirdiyi evdə qalırıq. Nənəm xəstədir deyə daha çox "Kubinka”da qalırıq. Xalamgili də bizim qonşuluğumuzda qalır. Amma deyirlər ki, həmin ərazi söküləcək. Hələ ki, belə deyilir, baxıb gediblər”, - deyə aktrisanın qızı deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
14:33 06.08.2026
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
14:28 06.08.2026
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
14:27 06.08.2026
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
14:27 06.08.2026
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
14:12 06.08.2026
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
14:01 06.08.2026
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır
13:58 06.08.2026
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır
Gəncədə davada öldürülən iki uşaq atasının - FOTOSU
13:49 06.08.2026
Gəncədə davada öldürülən iki uşaq atasının - FOTOSU