Dəməşqdə partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Dəməşqdə partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb
DÜNYA
15:09 23.06.2025
281
Suriyanın Dəməşq şəhərində yerləşən kilsədə törədilən terror aktı nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə SANA agentliyinin Səhiyyə Nazirliyinə istinadən məlumatında bildirilib.

Qeyd edilib ki, 63 nəfər yaralanıb.

Xatırladaq ki, hadisə iyunun 22-də yunan pravoslav kilsəsində baş verib. Şahidlərin sözlərinə görə, iki kişi ibadət edən şəxslərə atəş açıb, sonra onlardan biri özünü partladıb. Suriya Daxili İşlər Nazirliyi bildirib ki, özünü partladan şəxs İŞİD ilə əlaqəli olub.
OXŞAR XƏBƏRLƏR