Dəmir Muxetdinov: “Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, yüzlərlə tarixi abidə zədələnib”

Dəmir Muxetdinov: “Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, yüzlərlə tarixi abidə zədələnib”
DÜNYA
17:01 21.11.2020
900

Mədəniyyət xadimlərinin irsi abidələrinin qorunub saxlanmasında dini ayrı-seçkilik etməsi məni heyrətləndirdi.

Bu barədə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov Rusiyanın tanınmış mədəniyyət xadimlərinin Qarabağdakı abidələrin qorunub saxlanılması ilə bağlı UNESCO-ya müraciətini özünün "Facebook” səhifəsində şərh edərkən bildirib.

"Rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri Dağlıq Qarabağ regionundakı xristian mədəni, bədii və memarlıq irsi abidələrinin qorunub saxlanması üçün onların Dünya İrs Siyahısına daxil olunmasını xahiş edirlər. Mədəniyyət xadimlərinin ayrı-seçkilik etməsi məni heyrətləndirdi: Onlar müsəlman abidələrinin təhqir olunmasına və məhv edilməsinə utanıb qızarmadan göz yummaqla açıq-aydın göstərirlər ki, qorunub saxlanması zəruri olan mədəni sərvət yalnız Dağlıq Qarabağdakı xristian məbədləridir”. 

Dəmir Muxetdinov  Dağlıq Qarabağın işğal olunmuş ərazilərində separatçı rejimin dövründə onilliklər ərzində 67 məsciddən 63-nün dağıdıldığını, yüzlərlə tarixi və mədəni abidələrin zədələndiyini vurğulayıb. 

O, həmçinin Qarabağda onlarla, yüzlərlə müsəlman mədəni abidələrinin dağıdılmasına tam etinasızlıq göstərildiyi halda Alban-udi kilsəsi tərəfindən əslində kimə mənsub olması mübahisə doğuran məbədlərin dağıdıla biləcəyinə eyhamları vicdansızlıq adlandırarıb.

"Hər bir müşahidəçi bu məsələyə obyektiv yanaşarsa, o qeyd etməlidir ki, Azərbaycan multikultural dövlət kimi özünü apararaq bütün dini ənənələrə eyni dərəcədə hörmətlə yanaşır. Bakı - dəfələrlə dünya dini liderlərinin zirvə görüşlərinin paytaxtı olub. Əgər indiki Azərbaycan rəhbərliyi xristianlığa layiqincə münasibət göstərməsəydi patriarx Kirill yəqin ki, Prezident İlham Əliyevlə və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə ilə müntəzəm görüşməzdi”.

Dəmir Muxetdinov bununla belə, Qarabağın tarixi irsinə UNESCO-nun diqqətinin cəlb edilməsi faktının özünü tamamilə düzgün hesab etdiyini vurğulayıb.

"Ümidvaram və inanıram ki, yaxın vaxtlarda 75 illiyini qeyd etmiş bu nüfuzlu beynəlxalq təşkilatın mütəxəssislərinin savadı və mədəniyyəti regionun tarixi irsinin bundan sonra qorunması üçün müvafiq ekspertizaya başlamaq və obyektlərin dini mənsubluğundan asılı olmayaraq obyektiv və qərəzsiz qərarlar qəbul etmək üçün kifayət edəcək”, - deyə RF Müsəlmanlarının Ruhani İdarəsi sədrinin müavini sözlərini yekunlaşdırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır
19:59 02.07.2025
Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır
Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi
19:46 02.07.2025
Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
19:34 02.07.2025
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq