“Dəmir yolları sahəsində ciddi yoxlamalara ehtiyac var” — Vahid Əhmədov qatar qəzasından DANIŞDI

“Dəmir yolları sahəsində ciddi yoxlamalara ehtiyac var” — Vahid Əhmədov qatar qəzasından DANIŞDI
SOSİAL
20:43 16.07.2024
418
Xəbər verdiyimiz kimi, Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarının 3-4 vaqonu Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissədə relsdən çıxıb. Nəticədə vaqonlarda olan taxta və şalban kimi inşaat materialları dağılıb və sahibkarlara ciddi zərər dəyib. Ölən və xəsarət alanlarla bağlı hələki məlumat yoxdur. "Azərbaycan Dəmir Yolları” QSC isə məsələ ilə bağlı rəsmi məlumat verməyib. (Mənbə: Bizim.media)

Demokrat.az xatırladır ki, bu qəza hadisəsi birinci hal deyil. Bir neçə ay öncə Bakı–Tbilisi–Qars dəmir yolu xəttində baş vermiş qəzada 1 nəfər soydaşımız həyatını itirmişdi. 

Bəs, Azərbaycan Dövlət Büdcəsindən milyonlarla dotasiya alan və buna baxmayaraq, hələ də özünü dolandıra bilməyən "Azərbaycan Dəmir Yolları” QSC niyə işini düzgün qura bilmir?

Son vaxtlar dəmir yolu xəttlərində tez-tez baş verən qəzalara səbəb nədir?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov danışıb. 

Onun sözlərinə görə, ümumiyyətlə, "Azərbaycan Dəmir Yolları” QSC bu sahəyə lazımı diqqət göstərə bilmir. 

Vahid Əhmədov deyib ki, "Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu xəttlərində baş verən qəzaların qarşısının alınması ilə bağlı lazımı tədbirləri gücləndirməlidir: 

"Bu cür xoşagəlməz hadisələr təkrar olunmamalıdır, çünki bu cür hadisələr iqtisadiyyatımıza kifayət qədər ziyan vurur və nəticədə sahibkarlar zərər çəkirlər. Baş vermiş son qəza ilə bağlı da düşünürəm ki, ola bilər texniki şöbə vaxtı-vaxtında yoxlamalar aparmayıb. 

Ümumiyyətlə, dəmir yolu belədir ki, onu müntəzəm olaraq yoxlamaq lazımdır. Çünki havanın isti olması, temperaturun dəyişməsi dəmir yolu relslərinə öz təsirini göstərir. Dəmir yolunun bu sahədə çalışan ciddi inspeksiyası, işçiləri var. Yəqin ki, son vaxtlar ciddi yoxlamalar aparılmayıb, yaxud da yoxlamaları başa çatdırmayıblar ki, belə hadisələr baş verir. Bu artıq dünyada sübut olunmuş bir aksiomadır. Onsuz da havalar çox isti keçir. "Azərbaycan Dəmir Yolları” bunu nəzərə almalıdır. İstiləri nəzərə alaraq 2-3 gündən bir dəmir yollarında ciddi yoxlamalar aparmaq lazımdır. İndi insan itkisi olmasa da, müəyyən qədər sahibkarlara və mallara ziyan dəyib. Həm daha əvvəl Bakı–Tbilisi–Qars dəmir yolu xəttində, həm də indi Siyəzəndəki qəzalar onu göstərir ki, dəmir yolları sahəsində ciddi yoxlamalara ehtiyac var”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
17:05 26.08.2026
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
16:58 26.08.2026
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
16:53 26.08.2026
Balakəndə avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
“Sabah” klubu Prezidentə təşəkkür etdi
16:44 26.08.2026
“Sabah” klubu Prezidentə təşəkkür etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
16:41 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
16:22 26.08.2026
Məzuniyyətdən qayıtdıqdan sonra işə necə uyğunlaşmaq olar?
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
16:17 26.08.2026
Hər gün bunu geyinirsinizsə... - Sağlamlığınıza ziyandır
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
16:13 26.08.2026
Qazlı içkinin görünməyən tərəfi: Bədənimizə nə edir?
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
16:09 26.08.2026
Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
15:57 26.08.2026
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı təbrik edib
15:50 26.08.2026
Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı təbrik edib
Hava ilə bağlı xəbərdarlıq: Avqustun 27-dən 30-a qədər...
15:43 26.08.2026
Hava ilə bağlı xəbərdarlıq: Avqustun 27-dən 30-a qədər...
Valideyn övladının həyat yoldaşı seçiminə qarışmalıdırmı? – VİDEOSORĞU
15:42 26.08.2026
Valideyn övladının həyat yoldaşı seçiminə qarışmalıdırmı? – VİDEOSORĞU
Rusiyadan gətirilən sosislər ilə bağlı AQTA-dan açıqlama
15:40 26.08.2026
Rusiyadan gətirilən sosislər ilə bağlı AQTA-dan açıqlama
Mauro İkardi özünə klub tapa bilmir - Heç kim onu transfer etmək istəmir
15:39 26.08.2026
Mauro İkardi özünə klub tapa bilmir - Heç kim onu transfer etmək istəmir
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit
15:28 26.08.2026
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit