Dəmiryol vağzalını sökürlər

Dəmiryol vağzalını sökürlər
Bütün Xəbərlər
00:54 03.11.2011
1647

 Bakının mərkəz hissəsində yerləşən Dəmiryol vağzalının bir hissəsi 2012-ci ildə söküləcək.  

Bu barədə SİA-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov məlumat verib. Komitə rəsmisinin sözlərinə görə, qatarların və sərnişinlərin gediş gəlişini təmin edən əsas xidməti vağzal yerində saxlanılacaq. Lakin, Dövlət Dəmiryolundan hazırki Dəniz limanına gedən xətt tamamilə söküləcək. “Söküntü işlərinə Dəniz limanı Ələtə köçürüldükdən sonra başlanacaq. Hazırda həmin xətt üzrə dəniz limanına yük qatarları hərəkət edir. Söküləcək yeni xəttin yeri tamamilə bulvar ərazisinə təhvil veriləcək. Gələcəkdə burada yaşıllıq zolağı salınacaq".  

OXŞAR XƏBƏRLƏR