Dəmiryolu yaxınlığında kişi meyiti tapıldı

Dəmiryolu yaxınlığında kişi meyiti tapıldı
Bütün Xəbərlər
11:51 21.06.2013
997

Ötən gün günorta saatlarında paytaxtın Nərimanov rayonunda naməlum kişi meyiti tapılıb. Meyit rayonun daş karxanası adlanan ərazisində, dəmir yolu xəttinin yaxınlığında aşkar olunub. Naməlum kişi meyitini ilk öncə ərazidə yaşayan sakinlər görüb və polisə məlumat veriblər. Dərhal hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşları gəlib. Araşdırmalar zamanı qətlə yetirilən şəxsin kimliyinə aydınlıq gətirilib. Aparılan istintaq-əməliyyat tadbirləri nəticəsində meyitin 1966-cı il təvəllüldü Rasim Tağı oğlu Nağıyevə məxsus olduğu məlum olub. Müayinələr zamanı mərhumun bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaralar aşkar edilib. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə maddəsilə) cinayət işi başlanıb. Qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılanması istiqamətində əməliyyat-axtariş tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR