Ödənişli avtomobil yollarının tikintisi qanuniləşdirildi

Ödənişli avtomobil yollarının tikintisi qanuniləşdirildi
Bütün Xəbərlər
15:03 14.05.2013
883
Azərbaycanda ödənişli avtomobil yollarının tikilməsi qanuniləşdirilib.AZXEBER.COM-un verdiyi xəbərə görə, Milli Məclisin bu gün keçirilən iclasında «Avtomobil yolları haqqında» qanuna əlavə və dəyişikliklər müzakirə olunub.Qanun layihəsinə görə, avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, sürət və təhlükəsizlik tələbləri təmin edilməklə ödənişli avtomobil yollarının tikilməsi nəzərdə tutulub. Qanunda göstərilir ki, ödənişli yollar yalnız dövlət standartlarının tələblərinə cavab verən alternativ ödənişsiz avtomobil yolu mövcud olduqda tikilə bilər.Qanun layihəsində həmçinin göstərilir ki, hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, fövqəladə hallar baş verdikdə ödənişli avtomobil yolundan istifadə 6 aydan atrıq olmamaq şərtilə dayandırıla bilər.
OXŞAR XƏBƏRLƏR