Ödənişsiz sürücülük kurslarında iştirak etmək istəyən gənclərin nəzərinə!

GƏNCLİK
17:36 09.08.2016
2871

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, “NURGUN Motors” Şirkəti,Xəzər-Qərb Tədris Mərkəzivə“RƏVAN” Sığorta şirkətininbirgə təşkilatçılığı ilə“Avto Akademiya”layihəsinə start verilir.

“Avto Akademiya”layihəsi çərçivəsində həyata keçiriləcək nəzəri və praktiki təlimlərin əsas məqsədi gənclər arasında yol hərəkəti qaydaları anlayışının inkişaf etdirilməsi, yol hərəkəti qaydalarının öyrənilməsi, yol hərəkəti mədəniyyətinin yüksəldilməsi və sürücülük vəsiqəsi əldə etmək istəyən gənclərə dəstək olmaqdır.

Layihə iki qrup (hər qrupda on beş nəfər) olmaqla iki ay müddətində, həm nəzəri həm də praktiki təlimləri əhatə edəcək. Praktiki təlimlər “NURGUN Motors” şirkətinin təqdim etdiyi və “RƏVAN” sığorta şirkətinin tərəfindən yüz faiz sığorta edilmiş avtomobillə keçiriləcək. Təlimlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılacaq. Layihənin sonunda gənclər Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində təşkil olunan müstəqil imtahanlarda iştirak edəcəklər. İmtahanları uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim olunacaq.

“Avto Akademiya”layihəsinin iştirakçısı olmaq istəyən gənclər11 Avqust 2016-cı iltarixədək elektron müraciət formasını doldurmalı və ikinci mərhələdə müsahibədə iştirak etməlidir. Layihənin iştirakçısı seçiləcək şəxslərin adları Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəsmi facebook səhifəsində (https://www.facebook.com/BineqediGII/?fref=ts) yerləşdiriləcəkdir.

Qeyd edək ki,“Avto Akademiya”layihəsinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun keçirdiyi VIII qrant müsabiqəsinin qalibi Nərgiz Qurbanovadır.

OXŞAR XƏBƏRLƏR