Dəniz havası nə vaxt gələcək?

Dəniz havası nə vaxt gələcək?
Bütün Xəbərlər
13:23 29.05.2013
1247
Sabah yağış yağa bilər.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Qərq küləyi əsəcək, arabir güclənəcək.
OXŞAR XƏBƏRLƏR