Dənizdə batan qardaşlar Bakıya fəhləlik üçün gəliblərmiş...

Dənizdə batan qardaşlar Bakıya fəhləlik üçün gəliblərmiş...
SOSİAL
12:37 23.06.2026
450
Dünən Xəzər dənizinin Mərdəkan qəsəbəsinə yaxın nəzarətsiz ərazisində batan 4 nəfər gənclə bağlı bəzi təfərrüatlar məlum olub.

AZXEBER.COM Modern.az-a istinadla xəbər verir ki, dənizdə batan dörd gəncin hamısı bir-birilə yaxın qohumdur, ata tərəfdən bir-birlərinin əmi nəvələridir.

Onlar Lerik rayonunun Orand kənd sakinləridirlər. Batanlardan 3-nün meyiti tapılıb, 1-nin axtarışları isə davam edir.

Lerik Rayon İcra Hakimiyyətinin Orand kəndi üzrə nümayəndəsinin müavini Vasif Manafov saytımıza bildirib ki, meyitləri tapılan 2005-ci il təvəllüdlü Elnur Əbdülov və 2007-ci il təvəllüdlü Elmar Əbdülov doğma qardaşdırlar.

1991-ci il təvəllüdlü Namiq Əzimov isə hazırda meyiti axtarılan 2003-cü il təvəllüdlü Pərviz Məcidovun dayısıdır.

Meyiti tapılan 3 nəfər bu gün torpağa tapşırılıblar. Namiq Əzimov Bakıda – Mərdəkan qəsəbəsində dəfn edilib.

Elnur və Elmar Əbdülov qardaşlarının cənazələri isə Lerik rayonunun Orand kəndinə aparılaraq orada dəfn olunub.

Dörd nəfərdən yalnız Namiq Əzimov ailəlidir. O, Bakıda daimi yaşayırmış. İki dəfə ailə həyatı quran Namiqin iki oğlan övladı yadigar qalıb. İlk evliliyindən olan oğlu 10-cu sinifdə oxuyur, ikinci evliliyindən olan övladı isə hələ balacadır.

Dünyasını dəyişən digər 3 gənc isə subay olub. Pərviz Məcidovun kənddə evi olsa da, Bakıda kirayədə yaşayırmış. Lerikdə yaşayan Elnur və Elmar qardaşları isə paytaxta işləmək üçün gəliblər və fəhləlik edirmişlər.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri tərəfindən Pərviz Məcidovun nəşinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri hazırda da davam etdirilir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
15:17 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Rusiyalı aparıcı Bakıda - VİDEO
15:06 23.06.2026
Rusiyalı aparıcı Bakıda - VİDEO
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
15:06 23.06.2026
Prezidentlər Şuşada Bülbülün ev-muzeyində - FOTOLAR
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
15:02 23.06.2026
Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
14:59 23.06.2026
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edildi
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
14:42 23.06.2026
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
14:37 23.06.2026
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
14:33 23.06.2026
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
14:17 23.06.2026
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
14:02 23.06.2026
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
13:55 23.06.2026
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
13:52 23.06.2026
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
13:34 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
13:31 23.06.2026
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
13:20 23.06.2026
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
13:18 23.06.2026
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR