Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas olunub
Batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib. Bu barədə AZXEBER.COM FHN-in saytına istinadən məlumat verir.
Məlumata görə, Sabunçu rayonunda ("Bilgəh" sularda xilasetmə məntəqəsindən təxminən 25 metr sağa, dənizin içərisinə doğru 150 metr məsafədə, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.