Bakının bu ərazisində bağ evlərinin kirayəsi 40 min manatdır - VİDEO

Bakının bu ərazisində bağ evlərinin kirayəsi 40 min manatdır - VİDEO
SOSİAL
00:17 18.05.2026
979
Bakıətrafı qəsəbələrdə kirayə verilən bəzi bağ evlərinin aylıq qiyməti 40 min manata çatır.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət əsasən dənizə yaxın, hovuzlu, geniş həyətli və yüksək şəraitli evlərdən gedir. Yay mövsümü yaxınlaşdıqca belə evlərə maraq artır, bu da kirayə qiymətlərində daha çox hiss olunur. Xüsusilə Mərdəkan, Şüvəlan, Bilgəh, Zuğulba, Novxanı və son illərdə Nardaran istiqaməti daha çox seçilən ərazilər sırasındadır.
 Əmlak eksperti Firdovsi Xəlilov bildirir ki, ən bahalı təkliflər əsasən dənizə yaxın, hovuzlu və geniş bağ evləri üzrə formalaşır. Dənizdən uzaqlaşdıqca isə qiymətlər nisbətən aşağı düşür.

 Ekspertlərin sözlərinə görə, bu bahalaşma təkcə gündəlik tələbatla bağlı deyil. Bağ evlərinin kirayəsi əsasən mövsümi xarakter daşıyır. Sahibkar ilin böyük hissəsində evi ya boş saxlayır, ya da daha aşağı qiymətə təklif edir. Ona görə də yay aylarında qiymətlər kəskin artır. Bazarda marağı artıran başqa səbəblər də var. Vətəndaşların bir qismi uzunmüddətli xarici səfər əvəzinə, yay istirahətini Bakıətrafı bağ evlərində keçirməyə üstünlük verir.

Beləliklə, yay mövsümü yaxınlaşdıqca Bakıətrafı bağ evləri bazarında seçim də, qiymət fərqi də artır. Dənizə yaxın evlər daha çox lüks istirahət axtaranlara hesablanır.

Daha münasib qiymət istəyənlər isə dənizdən nisbətən uzaq qəsəbələrə üz tuturlar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı