Deputat: Azərbaycan-Belçika işçi qrupunun fəaliyyəti dayandırılsın

Deputat: Azərbaycan-Belçika işçi qrupunun fəaliyyəti dayandırılsın
SİYASƏT
12:10 21.04.2026
474
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılması təklif olunur.

Bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elçin Mirzəbəyli çıxış edib.

Deputat bildirib ki, bu, emosional reaksiya deyil:
 
"Əgər əməkdaşlıq platformaları qarşı tərəf tərəfindən alətə çevrilirsə, əgər dialoq imitasiya xarakteri daşıyırsa, bu mexanizmlərin saxlanılması sadəcə formal xarakter daşıyır və heç bir real məna kəsb etmir. Belçikanın siyasi dairələrinin, o cümlədən parlamentarilərinin Azərbaycan əleyhinə qərəzi artıq uzun illərdir ki, davam edir. Avropa Şurası Parlament Assambleyasında Bekçikalı parlamentarilərin də ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyalarının ön sıralarında yer alması, Bekçika parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyəti dayandırılması da sübuta yetirir ki, bu, ardıcıl və planlı şəkildə qurulan və siyasi motivlərə əsaslanan bir prosesdir".
 
Qaynarinfo 
OXŞAR XƏBƏRLƏR