Deputat: Azərbaycan Qarabağda beynəlxalq standartlara uyğun konsepsiyalar həyata keçirir

Deputat: Azərbaycan Qarabağda beynəlxalq standartlara uyğun konsepsiyalar həyata keçirir
SİYASƏT
13:36 18.05.2026
588
"Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatların forumlarının keçirilməsi sahəsində dünyada böyük təcrübə qazanıb”.

Bunu AZXEBER.COM-a açıqlamasında ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

O qeyd edib ki, WUF13 Azərbaycana öz təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşmək imkanı yaradır:

"Beynəlxalq tədbirlərə ev sahibliyi etmək ölkəmizin diplomatiyasına və xarici siyasətinə mühüm dividendlər qazandırır. Digər tərəfdən, Ümumdünya Şəhərsalma Forumu Azərbaycana öz təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşmək imkanı yaradır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri bu baxımdan böyük əhəmiyyət daşıyır. Post-münaqişə dövründə həmin ərazilərin bərpası və müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması sahəsində Azərbaycanın təcrübəsi olduqca zəngindir”.

Parlamentari qeyd edib ki, Azərbaycan işğaldan azad olunan ərazilərdə beynəlxalq standartlara uyğun konsepsiyaları uğurla tətbiq edir:

"Azərbaycan işğaldan azad olunan ərazilərdə beynəlxalq standartlara uyğun, ekoloji cəhətdən təmiz "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyalarını uğurla tətbiq edir. Bu təcrübənin dünya ilə paylaşılması həm ölkəmizin beynəlxalq nüfuzunun artmasına, həm də xarici siyasətinə mühüm töhfə verəcək”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR