Rəşad Məcidlə Aqil Abbasın birlikdə olduğu maşın vuruldu “525-ci” qəzetin baş redaktoru Rəşad Məcidlə Milli Məclisin deputatı Aqil Abbas yol qəzasına düşüb. Moderator.az-ın xəbərinə görə, hadisə zamanı xəsarət alan olmasa da Rəşad Məcidə məxsus 10 OK 148 dövlət nömrə nişanlı “Nissan-Altima” arxa tərəfdən ciddi zədələnib. Hadisəni isə Müdafiə Nazirliyinə məxsus 21 95 MN nömrəli “UAZ” törədib. Bakının Yasamal rayonu Haqverdiyev küçəsində düz yolda hərəkət edən “Nissan –Altima”nı “UAZ” arxadan vurub. Əraziyə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib. Baş redaktor hərbçilərdən şikayətçi olmadığını desə də YPX əməkdaşları protokol tərtib ediblər.