Deputat ‘Binə’dəki aksiyadan danışdı – ‘Təəssüf edirəm’

Deputat ‘Binə’dəki aksiyadan danışdı – ‘Təəssüf edirəm’
Bütün Xəbərlər
01:25 23.01.2013
1119

“Bu hadisə ictimaiyyətin diqqətindən kənarda qala bilməz”. AZXEBER.COM-un məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə "Binə" Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarların keçirdiyi aksiyaya ilə bağlı facebook səhifəsində münasibət bildirərkən yazıb. Millət vəkili fikrini belə davam etdirib:

“Bu, siyasi aksiya deyil, əmək münaqişəsidir və çox ciddi münaqişədir. Xırda sahibkar cəmiyyətin əsasını təşkil edir. Təəssüf edirəm ki, "Binə" Ticarət Mərkəzinin sahibkarı icarədarlarla dil tapa bilməyib. Bu baxımdan, hesab edirəm ki, əmək münaqişəsinin səbəbkarı ticarət mərkəzinin rəhbərliyidir. Məsələni bu həddə çatdırmamalıydı. Bu hadisə ictimaiyyətin diqqətindən kənarda qala bilməz. Müəyyən müxalif qüvvələr, xüsusilə də radikal müxalifət istənilən məsələni siyasiləşdirməyə çalışır. Onlar istənilən məsələ ilə bağlı narazılığı hakimiyyətə qarşı çevirməyə, öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma bu, onlarda alınmır. Yadımdadır, bir dəfə Türkiyənin futbol klubunun qələbəsini qeyd eytmək üçün küçəyə çıxan gəncləri öz tərəfdarları kimi təqdim etdilər və bunu aksiya adlandırdılar. Daha sonra vətəndaşların bir əsgərin ölümündən narahatçılığı ilə əlaqədar Bakının "Fəvvarələr" Meydanında toplaşanmasını da müxalifət öz aksiyasi kimi qələmə verdi. İndi də "Binə" Ticarət Mərkəzində baş verənlərə siyasi don geyindirməklə o şəxsləri öz tərəflərinə çəkməyə çalışırlar. Amma onlar artıq anlamalıdırlar ki, Azərbaycan vətəndaşı öz yolunu radikallarsız da özü seçir və problemini özü həll edə bilir”.

OXŞAR XƏBƏRLƏR