Deputat əri tərəfindən vəhşicəsinə döyüldü - FOTO

Deputat əri tərəfindən vəhşicəsinə döyüldü - FOTO
Bütün Xəbərlər
14:08 04.12.2012
1997
Bir müddət rəsmi toplantılarda iştirak etməyən Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Fatma Salman Kotanın həyat yoldaşı tərəfindən döyüldüyü irəli sürülüb.
"Qadın zorakılığına qarşı mübarizə" günü münasibəti ilə açıqlama verən AKP millət vəkili Fatma Salman Kotanın iki gün sonra xəstəxanaya müraciət etdiyi ortaya çıxıb. Buna səbəb kimi də onun həyat yoldaşı tərəfindən döyüldüyü iddia edilib.
Türkiyə mətbuatında Kotanın həyat yoldaşından boşanmaq istədiyi üçün ağır fiziki zorakılığa məruz qaldığı yazılıb. Kotanın köməkçisi isə bu iddiaların əsasız olduğunu deyib. Kotanla bağlı yayılımış xəbərdən sonra Türkiyənin Ailə naziri Fatma Şahin və digər rəsmilər millət vəkili ilə əlaqə saxlamağa cəhd etsələr də, heç bir məlumat ala bilməyiblər. "Qadın-Kişi Bərabərliyi" komissiyasının rəsmi nümayəndəsi bu xəbərin doğru ola biləcəyini açıqlayıb: "Kotanla əlaqə saxlaya bilmədim, amma bu xəbərin doğru ola bilmək imkanı yüksəkdir".
Komisiyanın digər üzvü isə baş nazir Ərdoğanla görüşmədən heç bir məlumat verə bilməyəcəyini açıqlayıb. Kotanı tanıyan millət vəkilləri isə həyat yoldaşı ilə problemlərinin olduğunu və bu hadisənin heç də təəccüblü olmadığını deyib.
Bütün bu xəbərlərə münasibət bildirən Fatma Salman Kotan isə "Döyülməmişəm, qrip olmuşam" cavabını verib.//teleqraf
OXŞAR XƏBƏRLƏR