Deputat jurnalistləri aşağıladı

Deputat jurnalistləri aşağıladı
Bütün Xəbərlər
22:18 11.10.2011
1800
“Mən heç bir jurnalistə müsahibə vermirəm, iqtidaryönümlü qəzetlər tərifləyir, müxalifətyönümlü qəzetlər isə tənqid edir”.
Bunu Milli Məclisin foyesində ucnoqta.az-ın suallarını cavablandırmaqdan imtina edən millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosasiyasının prezidenti Elxan Süleymanov deyib. O, “istəyirsinizsə, gedin yazın, mən heç bir jurnalistə müsahibə vermirəm. Bunu açıq-aşkar deyirəm”- deyə, digər jurnalistlərə də mesaj göndərdiyini söyləyib: “Mən yalnız xarici jurnalistlərə müsahibə verirəm. Onlar düz yazırlar. Bizim jurnalistlər isə çox vaxt mənim fikirlərimi qoyub, başqa şeylər yazır. İqtidaryönümlü qəzetlər məni tərifləyir, müxalifətyönümlü qəzetlər isə ağızlarına gələni yazıb tənqid edir”.Deputatı tərif və tənqidə dözümlü yanaşmağa dəvət etsək də, o, “Mən qərarıma vermişəm, heç kimə müsahibə verməyəcəm. İqtidaryönümlü mətbuat orqanları da müsahibə üçün müraciət edib, amma onlara da müsahibə vermirəm” deyə, jurnalistlərə xəbərdarlıq edib.
//ucnoqte.az
OXŞAR XƏBƏRLƏR