Deputat məclis kürsüsündə sosialzm marşı oxudu - VİDEO

Deputat məclis kürsüsündə sosialzm marşı oxudu - VİDEO
Bütün Xəbərlər
08:32 14.12.2012
1072
Türkiyədə anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Musa Çam Türkiyə Böyük Millət Məclisinin (TBMM) kürsüsündən sosialzm marşını oxuyub. Hadisə TBMM-də 2013-cü il büdcə layihəsinin müzakirə olunduğu plenar iclasda baş verib. Nümayişlərdə jandarm və polisin aksiyaçılara dəyənək və göz yaşardıcı qazla müdaxilə etməsini tənqid edən Çam buna görə hökuməti təqsirləndirdi. Polislərin məcburən bu yola getdiyini bildirən millət vəkili 1970-ci illərdə aksiyalarda jandarm ilə qarşılaşdıqları zaman bu marşı oxuduqlarını deyib.Qeyd edək ki, TBMM-nin vitse-spikeri Güldal Mumcu təşəkkür edərək kürsünün mikrofonunu söndürüb. Mumcu daha sonra ilk dəfə məclis kürsüsündə mahnı oxunmasına şahid olduğunu deyib.
OXŞAR XƏBƏRLƏR