Deputat olmaq istəyən fəhlə, kuryer, xadimə və çilingərlər...

Deputat olmaq istəyən fəhlə, kuryer, xadimə və çilingərlər...
Seçki2024
18:40 13.08.2024
360

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürənlər arasında müxtəlif peşə sahibləri var.

Belə ki, hazırkı seçki marafonunda təkcə təhsil işçiləri, hüquqşünaslar, həkimlər, jurnalistlər deyil, eyni zamanda, fəhlə, xadimə, montyor, gözətçi, çilingər, kuryer və s. kimi peşə sahibləri də iştirak edirlər.

AZXEBER.COM Modern.az-a istinadən maraqla qarşılanan həmin deputatlığa iddialı şəxslərin bəzilərini oxuculara təqdim edir:

3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən Abbasquliyev Famil və 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Mirzəyev Süleyman Naxçıvan Sukanalizasiya İdarəsində çilingər işləyirlər.

5 saylı Babək-Naxçivan-Culfa seçki dairəsindən Xudiyev Nazim Culfa şəhər su təmizləyici qurğular sistemində mühafizəçi kimi çalışır.

11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən namizədliyini irəli sürən Yusubov Emil Bakı şəhərində yerləşən "Pelican service" MMC-də kuryer-moderator kimi işləyib.

53 saylı Yevlax-Mingəçevir seçki dairəsindən Hidayətov Asif  Yevlax rayonu, Aşağı Bucaq kənd körpələr evində uşaq bağçasının gözətçisi işləyir. 

39 saylı Gəncə ikinci seçki dairəsindən Orucova Səfa 29 nömrəli tam orta məktəbdə xadimə çalışır. Həmin dairədən namizəd olan Məmmədov Taleh isə qaynaqçı işləyir.

51 saylı Şirvan seçki dairəsindən namizədliyi irəli sürülən İsmayilov Zöhrab fəhlə işləyir. 83 saylı Beyləqan seçki dairəsindən Məmmədov Sadiq isə "Azərişiq" ASC-də usta kimi çalışır.

123 saylı Kəlbəcər seçki dairəsindən namizəd olan Süleymanov Səxavət də fəhlədir.

Bununla bərabər namizədlər arasında işsiz və pensiyaçı olan şəxslər də var. 

Qeyd edək ki, növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlar 125 seçki dairəsində mübarizə aparacaqlar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
01:35 20.04.2026
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
00:27 20.04.2026
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
23:51 19.04.2026
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
23:44 19.04.2026
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
23:26 19.04.2026
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
23:18 19.04.2026
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
22:58 19.04.2026
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO