Deputat: “Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir”

Deputat: “Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir”
SOSİAL
17:33 04.08.2020
1590

"190 manatı kartından çəkməyən insanların kartının bloklanması məsələsinə yenidən baxılmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Əli Məsimli deyib.

O bildirib ki, aprel ayında verilən 190 manat mayda da verilib: "Yenidən qapanmaya gedilib. Buna görə də insanlara 190 manat ödəniş yenidən verilməlidir. Operativ Qərargah bu məsələyə konkret münasibət bildirməyib. Burda düşünməli bir şey yoxdur. Qapanmalara gedilibsə, ödəniş verilməlidir”.

OXŞAR XƏBƏRLƏR