Fazil Mustafa ilə Müşfiq Abbasov arasında baş verən söz dueli getdikcə böyüyür. Millət vəkilinin yazdığı status Rafael və Coşqunun prodüseri Müşfiq Abbasovu danışmağa vadar edib.
AZXEBER.COM-un məlumatına görə, o, Facebook hesabında Müşfiq Abbasovun “Əgər siz bu statusu loru dildə necə deyərlər, elə-belə mırta yazmısınızsa, bu başqa məsələ, yox əgər ciddi müzakirə edirsinizsə, mən sizi maraqlandıran bundan da ciddi mövzular deyə bilərəm, misal üçün, gələn dəfə öz statusunuzda Siz - Hüseyn Dərya narkotikə niyə yox dedi?, Aygünlə Namiq niyə görə ayrıldı?, Elza Seyidcahan niyə taykeş ayaqqabı geyinir? "Kristall" qrupunun heyəti hansı səbəbdən dəyişdi?, Elariz neçəyə saç əkdirib? Röya ikinci dəfə niyə ana olmaq istəmir? Rəqsanə niyə üçüncü dəfə ana olmaq istəyir? və s. kimi mövzuları tam ciddi müzakirə edə bilərsiz” fikrinə belə cavab verib: “Həqiqətən də istedadını yüksək qiymətləndirdiyin aktyorlara tövsiyyə edirəm ki, səhnədən başqa reklam roliklərində qadın paltarında görüntüləriniz xoş qarşılanmır, əvəzində sözçüləri ironiyalı tərzdə təqribən belə cavab verir ki, əcəb edirik, bundan sonra hər yerə qadın paltarı geyəcəyik. Deyəcək sözüm qalmır”.