Deputat tələbələrə mövzu verdi

GƏNCLİK
12:24 11.11.2011
1573

Xeber verdiyimiz kimi, Modern.az saytı yeni layihəyə start verib. Layihə Milli Məclisin deputatları ilə tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Bu layihə çərçivəsində deputat istədiyi mövzu ilə bağlı tələbələrin fikirlərini öyrənir. Həmin mövzu ilə bağlı müxtəlif janrlarda məqalə yazan tələbələrin yazıları saytda yerləşdirilir. Sonra Modern.az saytı həmin yazıları deputata təqdim edir. 

Deputat isə öz növbəsində həmin yazılar içərisində ən yaxşı hesab etdiyini seçir. Ardınca ən yaxşı yazı müəllifi olan tələbənin təhsil aldığı universitetdə deputatla tələbələrin görüşü keçirilir. Görüşdə həm deputat, həm də Modern.az portalı qalib tələbəyə mükafat verir. Eyni zamanda 3 yaxşı yazıya həvəsləndirici mükafat verilir. Deputatla görüşdə isə tələbələrə deputatla diskussiya aparmaq, suallar vermək üçün şəraiti yaradılır. 

Artıq 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov və 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva tələbələrin intellektual gücünü yoxlayıblar. Bu dəfə isə tələbələrin görüşünə 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova gəlir: “Maraqlıdır, tələbələrimizi universitetlərdə aldıqları təhsil qane edirmi..? Onlar universitetləri başa vurduqdan sonra aldıqları təhsillə Azərbaycanın inkişafında öz yerlərini müəyyənləşdirə bilirlərmi? Perspektivlərini müəyyənləşdirməkdə çətinlik çəkmirlər ki..? Bu məsələdə tələbələrin fikirlərini bilmək, təkliflərini eşitmək istəyirəm. Odur ki, tələbələrimiz “Aldlğınız təhsil Azərbaycanın inkişafında öz yerinizi müəyyənləşdirməkdə hansı rolu oynaya bilər?” mövzusunda fikirlərini açıq bildirsinlər”. Qeyd edək ki, hər bir mövzuyla bağlı 15 gün vaxt verilir. Müsabiqədə iştirak etmək istəyən tələbələr mövzu elan olunduqdan sonra 15 gün müddətində yazılarını [email protected]/* */ elektron poçtuna, 4908847 faks nömrəsinə, yaxud poçt vasitəsilə Bakı şəhəri, Şahin Mustafayev küçəsi 27/121 ünvana göndərməlidirlər.Müsabiqədə qalib gələn tələbəyə 300 AZN pul mükafatı verilcək. Bundan başqa, 3 həvəsləndirici yerlər də olacaq. Həvəsləndirici yeri tutan hər bir tələbə 50 AZN pul mükafatı əldə edəcək.Yazıların qabulu üçün son tarix: 30 noyabr 2011

OXŞAR XƏBƏRLƏR