Deputatlar İranın ünvanına tənqidi fikirlər səsləndirdi
Bütün Xəbərlər
11:29 22.05.2012
1024
Milli Məclisin (MM) bugünkü iclasında deputatlar “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə çıxışlara münasibət bildiriblər. YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, rəsmi dövlət adında İslam sözü olan İranın Ermənistanla eyni mövqe tutması təəssüfləndiricidir: “İranın Azərbaycandakı səfirliyi qarşısında gənclərimizin keçirdiyi aksiya məntiqə uyğun idi”.O, İranın Azərbaycandakı səfirinin ölkəsinə çağırılmasına da münasibət bildirib və bunun yolverilməz hal olduğunu vurğulayıb.