Deputatlardan Riçard Morninqstara cavab gəldi - AÇIQLAMALAR

Deputatlardan Riçard Morninqstara cavab gəldi -  AÇIQLAMALAR
Bütün Xəbərlər
13:57 19.05.2014
1313

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azadlıq radiosuna” müsahibəsində Azərbaycan hakimiyyətinin ünvanına bir sıra fikirlər söyləyib. Səfir müsahibəsində Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanması ilə bağlı ehtimalların olduğunu və ölkədə insan haqları ilə bağlı ciddi nöqsanların olduğunu deyib.

Məsələ il bağlı Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tərəfindən rəsmi münasibət bildirilib. N.Məmmədov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın müsahibəsi zamanı söylədiyi fikirləri bu ölkənin Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə etmək istəyindən yarandığını bildirib:

“ABŞ və yaxud başqa bir dövlətin səfirinin başqa bir ölkənin (Azərbaycanın və s.) daxili işlərinə qarışmaq hüququ yoxdur. Azərbaycan üçün belə bir mövqe qəbuledilməzdir. Eyni zamanda ölkənin daxili işlərinə müdaxilə səfirlərin beynəlxalq aləmdə qəbul edilmiş missiyasına uyğun deyil. Səfirin bu addımı diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının maddələrinin kobud şəkildə pozulması deməkdir”.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azərbaycanla bağlı söylədiyi fikirlərlə bağlı AZXEBER.COM-a danışan millət vəkili Fəzail Ağamalı, bu fikirlərin tamamilə qərəzli olduğunu deyib:

“Səfirin bu açıqlamaları məndə təəssüf hissi doğurur. Bu gün Azərbaycanda insan haqları və mətbuat azalığı ilə bağlı demək olar ki, bir problem yoxdur. Bunu unutmaq olmaz ki, ABŞ və digər Avropa ölkələri dünyada Azərbaycan haqqında yayılan müsbət münasibətlərə ləkə salmaq və öz siyasi istəklərini bizim üzərimizdən diktə etmək üçün bu cür vasitələrdən istifadə edir. Çox təəssüf edirəm ki, Azərbaycan kimibeynəlxalq əlaqələrin inkişafına fikir verən bir dövlət haqqında belə əsassız fikirlər irəli sürülür”.

Millət vəkili Asim Mollazadə də, bu fikirlərdə həqiqət payının olmadığını bildirib. O, səfirin Ukraynadakı hadisələri Azərbaycanla eyniləşdirməsini tamamilə absurt hesab edib:

“Bu gün ABŞ-ın siyasi səhvləri sayəsində Ukraynanın ərazi bütövlüyü təhlükə altındadır və bu ölkədə sabitlik hələ də bərqərar edilməyib. İndi isə ABŞ-ın Ukraynadan danışması və orada baş verən hadisələri gələcəkdə Azərbaycanla eyniləşdirməsi məncə doğru bir addım deyil”.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR