“Deputatların maaşlarının artırılmasında qeyri-adi heç nə yoxdur”- Ziyafət Əsgərov

“Deputatların maaşlarının artırılmasında qeyri-adi heç nə yoxdur”-  Ziyafət Əsgərov
Bütün Xəbərlər
12:08 11.12.2013
909
İstər siyasi partiyalar, istərsə də QHT-lərlə bağlı qanunlara edilməsi nəzərdə tutulan dəyişikliklər Azərbaycan Konstitusiyasına, eləcə də, digər qanunlara uyğun olaraq edilir.
Bunu jurnalistlərlə söhbəti zamanı Milli Məclisin birinci vitse spikeri Ziyafət Əsgərov bildirib.
Z.Əsgərovun qeyd etdiyinə görə, həmin qanunvericilik aktlarına təklif olunan dəyişikliklər tam normal dəyişikliklərdir.
“Ona görə, bu dəyişikliklərlə bağlı hansısa narahatçılığa heç bir əsas yoxdur”.
Jurnalistlərlə söhbətində eyni zamanda, deputatların maaşlarının artırılması məsələsinə toxunan Z.Əsgərov burada da, qeyri-adi heç nəyin olmadığını bildirib.
“Nədənsə, hər zaman millət vəkillərinin maaşlarının artırılması məsələsi ajiotajla qarşılanır. Amma qeyd edim ki, burada qeyri-adi heç nə yoxdur. Uzun müddət idi ki, deputatların maaşları artırılmırdı.
Ona görə, indi bu məsələdə hansısa qeyri-adilik yoxdur və bunu nə iləsə əlaqələndirmək düzgün deyil”.
OXŞAR XƏBƏRLƏR