Deputatlığa namizəd Elçin Quliyev: 'Gəlin, yeni hədəflərə doğru birgə addımlayaq' -

Deputatlığa namizəd Elçin Quliyev:
Bütün Xəbərlər
21:05 27.10.2015
4098
YAP-ın namizədi Elçin Quliyevin seçki kampaniyası uğurla davam edir
YAP-ın 63 saylı Sabirabad birinci seçki dairəsindən deputatlığa namizədi Elçin Quliyevin dünən rayonun mədəniyyət mərkəzində səhiyyə və mədəniyyət işçiləri ilə görüşü keçirildi.
Yüzlərlə seçicinin qatıldığı görüşü YAP Sabirabad rayon təşkilatının və partiyanın Mərkəzi Seçki Qərargahının rayon şöbəsinin sədri Nadir Quliyev açaraq deputatlığa namizəd barədə ətraflı məlumat verdi. Bildirdi ki, YAP rəhbərliyi etimad göstərərək parlament seçkilərində Elçin Quliyevin namizədliyini bizim rayondan irəli sürmüşdür. Ona görə də biz partiyamızın bu siyasi qərarına hörmət göstərərək onun namizədinə səs verməliyik. Əslində YAP-ın namizədinə səs vermək, eyni zamanda, dövlətin inkişafına səs verməsidir.
Görüşlərdə çıxış edən deputatlığa namizəd bildirdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da parlament seçkiləri dövlətimizin, cəmiyyətimizin demokratik inkişafının göstəricisidir. Xalq mövcud vəziyyəti, ölkədə və dünyada gedən prosesləri təhlil edib öz seçimini edir. Bilirsiniz ki, Azərbaycanda 50-dən çox siyası partiya fəaliyyət göstərir. Onlardan 11-i Milli Məclisdə təmsil olunur. Ölkədə söz azadlığı, fikir azadlığı tam təmin edilir. Lakin təcrübə göstərir ki, xalqımız çox müdrik xalq olaraq cərəyan edən bütün prosesləri izləyərək YAP-a öz səsini verir.
Bu ondan irəli gəlir ki, bu gün YAP-ın Sədri, ölkə başçısı cənab İlham Əliyev dövlət siyasətində insan kapitalının inkişafını ən əsas amil kimi tutaraq Azərbaycan xalqının rifahının artması, milli maraqların qorunması naminə çalışır. Bu gün xalqımız üçün YAP əmin-amanlıq, firavanlıq, sabitlik, Azərbaycanın dünyada rolunun yüksəldilməsi deməkdir. Buna görə də şübhəsiz ki, həmişə olduğu kimi, bu seçkilərdə də YAP-ın namizədləri qalib gələcək.
Elçin Quliyev çıxışında xüsusi vurğuladı ki, bu seçkilərdə də mən seçicilərin dəstəyinə inanaraq, daim onlarla birgə olmağı, ölkəmiz, xalqımız naminə çalışmağı vəd edirəm. Bu gün hər birimiz Azərbaycanımız naminə, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək yeni hədəflərə doğru addımlamalıyıq. İnanıram ki, uğur daim bizimlə olacaq!
Görüşlərə qatılan seçicilər çıxışlarında YAP-ın namizədi Elçin Quliyevə səs verəcəklərini birmənalı şəkildə bildirdilər.
OXŞAR XƏBƏRLƏR