Dərdini içində çəkən 5 bürc

Dərdini içində çəkən 5 bürc
MARAQLI
00:49 12.07.2026
276
Bəzi insanlar yaşadıqları sevinci də, kədəri də ətrafdakılarla bölüşməyi sevir. Ancaq elələri də var ki, nə qədər ağır vəziyyətlə üzləşsələr də, hisslərini gizlətməyə üstünlük verirlər. Onlar dərdlərini içlərində yaşayır, kənardan sakit və güclü görünməyə çalışırlar.

AZXEBER.COM Metbuat.az-a istinadən dərdini içində çəkən 5 bürcü təqdim edir:

Xərçəng
Xərçəng bürcü son dərəcə həssas və emosionaldır. O, yaxınlarına qarşı böyük sevgi bəsləsə də, öz ağrılarını çox vaxt gizlətməyi seçir. Qəlbi qırılanda bunu hamıya hiss etdirməz. Uzun müddət yaşadığı hadisələri daxilində analiz edir və çox vaxt dərdini təkbaşına çəkməyə çalışır.

Əqrəb
Əqrəb sirr saxlamağı bacaran bürclərdən biridir. O, hisslərini asanlıqla büruzə vermir və zəif görünməkdən xoşlanmır. Kədərlənəndə və ya xəyal qırıqlığı yaşayanda bunu ətrafındakılardan gizlədir. Əqrəb üçün susmaq bəzən danışmaqdan daha rahat olur. Əqrəb hər şeyi ürəyinə salan bürclərdən sayılır.

Oğlaq
Oğlaq güclü görünməyi sevən bürcdür. O, problemlərini başqalarının üzərinə qoymaq istəmir və çətinliklərini özü həll etməyə çalışır. Buna görə də daxilində böyük gərginlik yaşasa belə, bunu ətrafına hiss etdirmir. Bir çox insan onun nə qədər ağır yük daşıdığını sonradan anlayır.

Balıqlar
Balıqlar duyğusal və mərhəmətli olsalar da, hisslərini hər fürsətdə dilə gətirmirlər. Onlar başqalarını narahat etməmək üçün öz problemlərini gizlətməyə meyillidirlər. Dərdlərini musiqidə, sənətdə və ya tənhalıqda yaşamağı üstün tuturlar. Bu səbəbdən onların daxilində nələr baş verdiyini anlamaq həmişə asan olmur.

Qız
Qız bürcü hisslərini məntiqlə idarə etməyə çalışır. Problemlərini danışmaq əvəzinə, onları həll etməyin yollarını axtarır. Narahatlıqlarını çox vaxt daxilində saxlayır və ətrafındakı insanların onun zəif tərəflərini görməsini istəmir. Bu xüsusiyyət isə bəzən onu lazımsız stresslə üz-üzə qoyur.
OXŞAR XƏBƏRLƏR