Dəri sağlamlığı üçün nə yemək lazımdır? — Vitamin və kollagenlə zəngin məhsullar

Dəri sağlamlığı üçün nə yemək lazımdır? — Vitamin və kollagenlə zəngin məhsullar
SOSİAL
19:48 24.05.2026
878
Dərinin gənc qalması üçün düzgün qulluq vacib olsa da, qidalanma da qırışlar və elastikliyin azalması ilə mübarizədə mühüm rol oynayır. Diyetoloq və dermatoloqlar antioksidantlar, vitaminlər və faydalı yağlarla zəngin olan, dərinin sağlamlığını qorumağa kömək edən məhsulların siyahısını açıqlayıblar. 

AZXEBER.COM Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə "Prevention” nəşri yazır.

Mütəxəssislərin sözlərinə görə, dərinin gəncliyini qoruyan əsas elementlərdən biri kollagendir. Bu zülal dərinin elastikliyi və möhkəmliyinə cavabdehdir. Bəzi məhsullar isə orqanizmdə kollagen sintezini təbii şəkildə stimullaşdıra bilir.

Dermatoloq Debra Caliman bildirib ki, xüsusilə C vitamini, biotin, omeqa-3 yağ turşuları və ellag turşusu böyük əhəmiyyət daşıyır. Bu maddələr dərinin teksturasını yaxşılaşdırır, xırda qırışları azaldır və üz dərisinin sağlam görünüşünü qorumağa kömək edir.

Ekspertlərin ən faydalı anti-age məhsullar siyahısına aşağıdakılar daxil edilib:

*avokado
*yumurta
*nar
*göyəm
*yaşıl çay
*qızılbalıq
*sardina
*istridyə
*tünd şokolad

Avokado dərini qidalandıran və elastikliyini artıran faydalı yağlarla zəngindir. Yumurta isə kollagen istehsalı üçün vacib olan zülal və biotin mənbəyidir. Nar və göyəmti antioksidantlarla zəngin olduğu üçün dərini zədələnmədən və erkən qocalmadan qoruyur.

Mütəxəssislər yağlı balıqlara da xüsusi diqqət yetiriblər. Qızılbalıq və sardina tərkibindəki omeqa-3 yağ turşuları sayəsində dərinin nəmlənməsini qoruyur və iltihabi prosesləri azaldır.

Bundan əlavə, diyetoloqlar daha çox yarpaqlı göyərti, brokkoli, pomidor, şirin bibər, kök, balqabaq və şirin kartof istehlak etməyi tövsiyə ediblər. Bu məhsullar C vitamini və beta-karotinlə zəngindir, dərini ətraf mühitin mənfi təsirlərindən qorumağa kömək edir.

Dəri üçün faydalı məhsullar siyahısına həmçinin kətan toxumu və qoz da daxil edilib. Onların tərkibində sərbəst radikallarla mübarizə aparan antioksidantlar və faydalı yağlar var. Sərbəst radikallar isə dərinin qocalmasının əsas səbəblərindən biri hesab olunur.

Mütəxəssislərin fikrincə, bu məhsulların gündəlik rasiona daxil edilməsi dərinin vəziyyətini yaxşılaşdırır, onun elastikliyini qoruyur və daha təravətli görünüş yaradır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı