Paytaxtın Nərimanov rayonu Fətəlixan Xoyski 136 ünvanında yerləşən dərzi salonunda oğurluq hadisəsi baş verib.AZXEBER.COM-un ANS-ə istinadən məlumatına görə, hadisə vətəndaş Qismət Abdullayevin kirayə götürdüyü obyektdə qeydə alınıb. Gəzmək üçün iki günlük Ucar rayonuna getməli olan dərzi sexinə bir işçi götürmək istəyib ki, onun işini axsatmasın. Ancaq Qismətin qismətinə elə işçi çıxıb ki, onun bütün planlarını alt- üst edib.Yaxınlıqdakı obyekt işçilərinin dediyinə görə, oğurluq hadisəsini törədən Cavanşir adlı şəxs hadisədən bir gün öncə dərzi salonundan lazımi avadanlıqları bayıra çıxardıb.Zərərçəkən Qismət Abdullayev deyir ki, onun dükanından malların bayıra çıxarılmasını yaxınlıqdakı insanlar görüb.