'Desperado'dan gitara həvəskarlarına daha bir xoş xəbər
GƏNCLİK
23:33 13.01.2012
1858
Azərbaycanda İlk Özəl Musiqi məktəbi – Desperado Musiqi Məktəbi Artıq Yeni ünvandaAZXEBER.COM-un məlumatına görə, Azərbaycada İlk Özəl Musiqi Məktəbi olan Desperado Musiqi Məktəbi Artıq tələbələrinə daha geniş və rahat ofisdə xidmət edə biləcək. Dərslərin artıq Caspian Plaza-nın 1-ci mərtəbəsində keçiriləcəyini qeyd edən, Desperado Musiqi Məktəbinin Direktoru Murad Seyidov bildirib ki, yeni ofisdə artıq tələbələr Musiqi Alətlərində ifa edə bilmək üçün daha geniş imkanlara sahib olacaqlar. Geniş, rahat otaqlar artıq Desperado Musiqi Məktəbi tələbələrinin tam xidmətində olacaq.