‘Deyəsən, sənin konturun çoxdur’ – Yevlaxın icra başçısının müavini

‘Deyəsən, sənin konturun çoxdur’ –  Yevlaxın icra başçısının müavini
Bütün Xəbərlər
10:10 19.08.2013
1762

Sakinlər Yevlax rayonunda yerləşən istirahət parkının bərbad vəziyyətdə olmasından şikayətçidirlər

Yevlax rayonunda yerləşən istirahət parkı bərbad vəziyyətdədir. Rayon sakinlərinin milli.az-a verdiyi məlumata görə, Zərdabi 2 ünvanında yerləşən park istirahət üçün yararsızdır: “Rayon rəhbərliyinin də yadından çıxan parkda bir-iki oturacaq qalıb ki, onu da bir neçə gün əvvəl aşırıblar. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, problem həll edilmir”. Yevlax rayon icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Müstəqim Məmmədov açıqlamasında bildirib ki, park həmin ərazidə yaşayan sakinlər tərəfindən dağıdılıb. Parka dəfələrlə cari təmir aparılsa da, yenə də köhnə vəziyyətini alır. “Sakin dağıdan park təmir edilmir?” sualına M.Məmmədovun cavabı belə olub: “O işlə bələdiyyə məşğuldur. Həmin park bələdiyyənin balansındadır. Deyəsən, sənin konturun çoxdur”.

OXŞAR XƏBƏRLƏR