Azərbaycan Diaspor Könüllülərinin daha bir diaspor fəalı ilə görüş baş tutub.
AZXEBER.COM xəbər verir ki, bu dəfə ki, qonaq Polşada fəaliyyət göstərən Polşa Azərvaycan Evinin rəhbəri, ADG şəbəkəsinin Polşa üzrə təmsilçisi, DİDK Polşa üzrə koordinatoru Lalə Zeynalova olub.
Görüş zamanı, diaspor fəalı Lalə Zeynalova tədbir iştirakçılarının Polşa ilə bağlı bir sıra suallarını cavablandırıb. Sualların əsas mövzusu, Polşaya getməyin ən optimal versiyaları, Polyak xalqının bizim xalqa necə münasibət göstərməsi, eyni zamanda Polşada yaşayan diaspor fəaliyyəti ilə məşğul olan şəxslərin uğurları barədə olub.
Müzakirələr zamanı Lalə Zeynalova 44 günlük Vətən müharibəsi zamanı Polşada yaşayan Azərbaycanlıların və Polşa Azərbaycan Evinin nümayəndələrinin uğurlu fəaliyyətindən danışıb.
Qeyd olunub ki, Azərbaycanın Polşadakı diaspor fəalları, İkinci Qarabağ müharibəsində zamanı düşmən tərəfin informasiya savaşında törətmək istədiyi bütün təxribatlara adekvat cavab verilib. Sonda müzakirədə iştirak edənlər Lalə Zeynalova ilə xatirə şəkili çəkdiriblər.