Diktatorun oğlu 20 yaşında ali baş komandan oldu - FOTO

Diktatorun oğlu 20 yaşında ali baş komandan oldu - FOTO
Bütün Xəbərlər
16:28 25.12.2011
2774

Şimali Koreya dövlət mətbuatı mərhum Kim Çen İrin varisi Kim Çen Inı dünən ilk dəfə olaraq Koreya Milli Ordusunun Ali Baş Komandanı kimi təqdim edib.

Siyasi şərhçilər bunun ölkədəki hakimiyyətin tamam şəkildə gənc varisə keçdiyinin göstəricisi olduğunu hesab edirlər. Koreya Xalq Demokratik Respublikasının mərhum liderinin ümumilli matəmi artıq ardıcıl 9-cu gündür ki davam edir. Matəm tədbirlərində Şimali Koreya cəmiyyətinin istənilən təbəqəsindən insanlar qatılır. Dövlət televiziyası vasitəsilə yenə də yüksək isteriya ilə müşahidə olunan yas səhnələri görüntülənir. Koreya kütləvi informasiya vasitələri yeni lider Kim Çen Inın atası kimi xarizmatik xüsusiyyətlərə malik olduğuna inandırmağa çalışır və onun layıqlı davamçı olduğunu bildirir.

Gənc dövlət başçısı artıq atasının son vəsiyyətlərindən birini yerinə yetirib. Belə ki, Kİm Çen In matəmin davam etməsinə rəğmən, atasının yarımçıq qalmış planını realizə edərək Pxenyan sakinləri üçün iri partiyalarda balıq ehtiyatı göndərib. Göndərilmiş balıqlar artıq paytaxt mağazalarının piştaxtalarında peyda olub.

OXŞAR XƏBƏRLƏR