Əməkdar artist Dilarə Əliyeva kosmetoloji prosedurlar və sənət adamlarının görünüş baxımı ilə bağlı açıqlaması ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, aktrisa "Qonaqcanlı" verilişində çıxışı zamanı botoks prosedurlarına münasibət bildirib və aktrisaların bu cür müdaxilələrdən uzaq durmasının daha doğru olduğunu qeyd edib.
Onun sözlərinə görə, aktyor sənətində mimika və üz ifadələri vacib rol oynayır və botoks bu ifadələri məhdudlaşdıra bilər.
Dilarə Əliyeva vurğulayıb ki, düzgün qulluq və baxım üsulları ilə də estetik görünüşü qorumaq mümkündür və bu halda botoksa ehtiyac qalmaya bilər.
Sənətçinin açıqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub və izləyicilər arasında müzakirələrə səbəb olub.











































