Dilarə Səlim vəzifəsindən azad edilib?

Dilarə Səlim vəzifəsindən azad edilib?
SOSİAL
22:43 26.06.2026
278
"Mənim "Mədəniyyət" kanalından ayrılmağım yalandır".

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Mədəniyyət Televiziyasının direktoru Dilarə Səlim məlumat verib.

"Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri-etikdir", - o bildirib.

Qeyd edək ki, Dilarə Səlimin müvafiq əmrlə direktorluqdan kənarlaşdırılması ilə bağlı xəbərlər yayılıb.
OXŞAR XƏBƏRLƏR