Dillər Universitetində “Eurovision” formatında mahnı müsabiqəsi keçirilib

GƏNCLİK
15:40 28.12.2011
2233

Azərbaycan Dillər Universitetində (ADU) fakültələr arasında “Eurovision” formatında mahnı müsabiqəsi keçirilib.

Tədbirdə universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov, tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev və universitetin professor-müəllim heyəti iştirak edib. 

Müsabiqədə universitetin 5 fakültəsi – 1 saylı ingilis dili, 2 saylı ingilis dili, regionşünaslıq və beynəlxalq münasibətlər, tərcümə və filologiya fakültələri çıxış ediblər. Qonaqlar və tələbələr səs vermənin qaydaları ilə tanış olublar. “Eurovision” mahnı yarışmasının tələblərinə uyğun keçirilən müsabiqədə bu qaydaya əsasən fakültələr özlərinə səs verə bilməyiblər. Hər bir fakültə 1 iştirakçı ilə təmsil olunub. İştirakçılar öz çıxışlarında bir-birindən gözəl ifalar təqdim ediblər. Səsvermə keçirilib və yarışmanın qalibi açıqlanıb. 2 saylı ingilis dili fakültəsi 46 səslə 1-ci yerə, 1 saylı ingilis dili fakültəsi 40 səslə 2-ci yerə, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsi 37 səslə 3-cü yerə, tərcümə fakültəsi 33 səslə 4-cü yerə, filologiya fakültəsi 29 səslə 5-ci yerə layiq görülüb. Sonda universitetin rektoru, professor Səməd Seyidov çıxış edərək qeyd edib ki, bu yeni fikir, təşəbbüs Azərbaycan Dillər Universitetində yaranıb və tələbələr bunu ən yüksək səviyyədə təqdim ediblər. S. Seyidov bildirib ki, ADU qabiliyyətləri üzə çıxarmaq üçün tələbələrə bütün imkanları verir: “Bunun üçün bu gün ADU qalibdir. Hər kəsi 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edirəm”.

OXŞAR XƏBƏRLƏR