"Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi sizdən bu suallarına cavab gözləyirlər" - Qənirə Paşayeva

"Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi sizdən bu suallarına cavab gözləyirlər" - Qənirə Paşayeva
SİYASƏT
14:15 13.10.2017
1753
Millət vəkili Q.Paşayeva AŞPA-da təşkilatı ittiham edib və terrorçunu qəhrəman elan edən, Xocalı soyqırımını törədən işğalçı bir ölkə heyətinin burada ədalətdən danışmaq haqqı yoxdur deyib.
 
AZXEBER.COM xəbər verir ki, Qənirə Paşayeva AŞPA-da erməni kökənli beynəlxalq terrorçi V.Garabedianın Ermənistanın müraciəti ilə Fransada müəmmalı şəkildə azadlığa buraxılmasından danışıb və araşdırılma tələb edib.
 
Q.Paşayeva AŞPA-da:"Xocalı soyqırımını törədənlər Ermənistanda yüksək vəzifələrdədirlər, nə üçün onların ədalət qarşısında cavab verməsi üçün bu ölkəyə təzyiq göstərmirsiniz"
 
Bu gün AŞPA-da "Azad müzakirələr” zamanı çıxış edən millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Q..Paşayeva AŞPA-da təşkilatı ikili standartlarda ittiham edib və bəzi milləət vəkillərinin Azərbaycan əlehinə apardığı kompaniyaya sərt cavab verib:”Dəyərli məsləkdaşlarım, Mən bu gün başqa bir çıxış edəcəkdim, amma təəssüflər olsun ki bəzi millət vəkillərinin özəlliklə Ermənistan heyətinin ölkəm əleyhinə bir neçə gündür burda dilə gətirdikləri saxta ittihamlara, yalanlara cavab vermək məcburiyyətindəyəm. Mən 12 ildir burda ölkəmin təmsilçisiyəm. Amma bu gün yalan-yanlış bilgilərlə "insan haqları" adı altında Azərbaycanı ittiham edən bəzi millət vəkillərinin Avropa Şurasının üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi nəticəsində öz evlərindən sürgün edilmiş 1 milyon azərbaycanlı qaçqının, məcburi köçkünün Ermənistan tərəfindən pozulmuş "insan haqlarını" müdafiə etmələrini heç bir zaman görmədim.
 
Nə üçün yüz minlərlə azərbaycanlı qaçqının haqlarını pozan Ermənistana qarşı təzyiq tətbiq etmək üçün Assambleyamız heç bir addım atmır? Evlərinə dönə bilməyən 1 milyon azərbaycanlı məcburi köçkün Assambleyamızdan bu suallarına cavab gözləyirlər. Ermənistan bütün dünyanın gözləri önündə Azərbaycanın Xocalı şəhərində bir gecədə 613 insanı qətlə yetirdi, yüzlərlə insan o soyuq qış günlərində ağır yaralı olaraq canlarını zorla qurtardı. Ermənistan Xocalıda bir soyqırım həyata keçirdi və oradan sağ canlarını qurtara bilmiş çox az sayda məcburi köçkünlər də bu gün də öz evlərinə dönə bilmirlər. Nə üçün bu insanların pozulmuş "insan haqları"nın müdafiəsi üçün Assambleyamız heç bir addım atmır? Nə üçün ikili standartlar davam edir?Xocalılar Assambleyamızdan bu suallarına cavab gözləyirlər. Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayət törədənlər bu gün Ermənistanda yüksək vəzifə tuturlar və bu günə qədər ədalət qarşısında cavab verməyiblər. Baş katib Yagland Azərbaycan əleyhinə çıxışlar edir. Amma onun doğrudan Ermənistan prezidentinin özzünə birbaşa deməsinə baxmayaraq Ermənistan dövləti onun və AŞPA-nın çağırışlarına məhəl qoymur, bu gün də qanunsuz olaraq girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi azadlığa buraxmır. Nə üçün cənab Yagland və Assambleyamız bu insanların pozulmuş insan haqlarının müdafiəsi, onların azadlığa buraxılması üçün Ermənistana qarşı təzyiq göstərilməsi istiqamətində ciddi addımlar atmırlar?Dilqəm Əsgrov və Şahbaz Quliyevin ailəsi sizdən bu suallarına cavab gözləyirlər.

Ermənistan heyətinin neçə gündür Azərbaycan əleyhinə yalanlarla dolu açıqlamalarına gəlincə. Buradan onlara demək istəyirəm ki, siz ASALA terror təşkilatının liderlərindən olan Varaujan Garabediandan bəhs edin. Fransanın Orli hava limanında Türk Hava Yollarının bürosuna bombalı hücum edərək 8 məsum insanın ölməsinə, 55 nəfərin yaralanmasına səbəb olan terrorçunun Ermənistan dövlətinin və siyasətçilərinin müraciətlərinə əsasən Fransada necə əfv edilməsindən və sizin onu Ermənistanda qəhrəman elan etməyinizdən bəhs edin. Terrorçunu qəhrəmana çevirən bir dövlətin millət vəkillərinin burda bizə insan haqlarından bəhs etmə haqları yoxdur. Biz burdan bu terrorçu və onunla birlikdə terorlarda iştirak edən ermənilərlə bağlı araşdırmalar, istintaqın aparılmasını tələb edirik.
 
Ve sonda Myanmarda, Arakanda müsəlmanlar əlehinə törədilən soyqırımın Assambleyada müzakirə edilməməsini və etiraz qərarı, bəyanatı qəbul edilməməsini qınayırıq. Avropa Şurası sərhədlərindən uzaqda olsa da Assambleyamızı orada insanlıq əlehinə törədilən cinayətlərə səssiz qalmamağa çağırırıq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
13:20 19.06.2026
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür