DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək

DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək
SOSİAL
09:59 02.08.2026
186
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçirəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Məlumata görə, imtahanda iştirak etmək üçün 1 125 namizəd qeydiyyatdan keçib.

Namizədlər imtahana şəxsiyyətlərini təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi" ilə gəlməlidirlər.

İmtahan iki növbədə təşkil olunacaq. Birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 16:00-da başlayacaq. Saat 09:45-dən və 15:45-dən sonra imtahan binasına gələn namizədlər imtahana buraxılmayacaqlar.

İmtahanın təşkili üçün 12 zal administratoru, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı cəlb olunub.
OXŞAR XƏBƏRLƏR