DİN Balakəndə xüsusi əməliyyat keçirib – Saxlanılanlar var

DİN Balakəndə xüsusi əməliyyat keçirib – Saxlanılanlar var
Bütün Xəbərlər
12:12 02.04.2015
2230
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Balakəndə xüsusi əməliyyat keçirib. 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10-a yaxın şəxs saxlanılıb. Onlardan külli miqdarda narkotik vasitə götürülüb.
Balakən Rayon Polis Şöbəsindən əməliyyatın keçirildiyini təsdiqləsələr də, ətraflı açıqlama verilməyib: “Əməliyyatla bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayacaq”.
OXŞAR XƏBƏRLƏR